Bu gün:
Xezer.info » Dünya » Hər ay yeni rekordlara imza atırıq - Ərdoğan

Hər ay yeni rekordlara imza atırıq - Ərdoğan


Hər ay yeni rekordlara imza atırıq - Ərdoğan
Yerli və xarici sahibkarların Türkiyəyə investisiya yatırma istəkləri durmadan artır. Ölkədə məşğulluq səviyyəsi 30 milyonu keçib. Ölkənin sənaye istehsalı və ixracı hər ay yeni rekordlara imza atır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) quruluşunun 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

"2021-ci ili 225 milyard ABŞ dolları məbləğində ixracla bağladıq və bu il üçün daha böyük hədəflər qoyduq. Aprel ayı etibarilə 12 aylıq ixracatımız 240 milyard dolları keçib. Enerji istisna olmaqla, ixracımızın idxala nisbəti 100 faizi ötüb. İyirmi il əvvəl 365 gündə cəmi 36 milyard dollar ixrac edə bilən Türkiyə bu gün bu rəqəmi 30-35 gündə reallaşdıra biləcək səviyyəyə çatıb. İlin sonunda 250 milyard dollarlıq hədəfimizə doğru əmin addımlar atırıq", - Ərdoğan qeyd edib.