Bu gün:
Xezer.info » Dünya » 75-ci gün: Rusiyanın itkiləri açıqlandı

75-ci gün: Rusiyanın itkiləri açıqlandı


75-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 75-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 25 650 hərbçi, 1145 ədəd tank, 2771 ədəd zirehli döyüş maşını, 513 ədəd artilleriya sistemi, 185 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarə, 158 ədəd helikopter, 1970 ədəd avtomobil texnikası, 12 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 377 ədəd PUA, 39 ədəd xüsusi texnika, 94 qanadlı raket itirib.