Bu gün:
Xezer.info » Manşet » Suvarmaya və əhalinin içməli suya tələbatının ödənilməsinə 10 milyon manat ayrılıb - Sərəncam

Suvarmaya və əhalinin içməli suya tələbatının ödənilməsinə 10 milyon manat ayrılıb - Sərəncam


Suvarmaya və əhalinin içməli suya tələbatının ödənilməsinə 10 milyon manat ayrılıb - Sərəncam
Azərbaycan prezidenti İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"APA-Economics"in məlumatına görə, əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılıb.