Bu gün:
Xezer.info » Dünya » Ukrayna ordusu bu şəhərdən geri çəkildi

Ukrayna ordusu bu şəhərdən geri çəkildi


Ukrayna ordusu bu şəhərdən geri çəkildi
Ukrayna ordusu tamamilə dağılmış Popasnaya şəhərindən daha yaxşı mövqelərə çəkilib.

Axar.az xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Təəssüf ki, qoşunlarımız Popasnayadan geri çəkilməyə məcbur oldular. Çünki şəhər iki aydan çoxdur atəşə tutulurdu. Orada hər şey dağılıb. Ona görə də döyüşçülərimiz əvvəlcədən hazırlanmış mövqelərə doğru geri çəkildilər”, - Qayday bildirib.

Onun sözlərinə görə, hazırda Severodonetsk-Voevodovka, eləcə də Toşkovka, Katerinovka və Xolotoe-4 yaşayış məntəqələrinin daxil olduğu Qorskoy qromada ərazisi uğrunda gərgin döyüşlər gedir.