Məhkəmə bu şirkətlə bağlı qərar verdi
08-may-2022Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "AG Telekom" MMC-nin barəsində cərimə protokolu yazıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Xidmət MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
İş hakim Hüseyn Səfərovun sədrliyi ilə araşdırılıb.
Məhkəmənin qərarı ilə şirkətin barəsində inzibati tənbeh tətbiq edilib, yəni "AG Telekom" MMC-yə cərimə kəsilib.