Bu gün:
Xezer.info » Eksklüziv » “İndiki halda liderlərin görüşünə lüzum yoxdur, Qriqoryanın fikirləri ciddiyətdən uzaqdır” - AÇIQLAMA

“İndiki halda liderlərin görüşünə lüzum yoxdur, Qriqoryanın fikirləri ciddiyətdən uzaqdır” - AÇIQLAMA


“İndiki halda liderlərin görüşünə lüzum yoxdur, Qriqoryanın fikirləri ciddiyətdən uzaqdır” - AÇIQLAMA
44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan sülhün bərpa olunmasında israrlı tərəf kimi çıxış edir. Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyev bu barədə öz fikirlərini açıq şəkildə bəyan edib. Ermənistan isə həmin müddət ərzində müxtəlif təxribatlara əl atmaqla prosesi yubadır. Bu günlərdə isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilə biləcəyini deyib. O, bildirib ki, hazırda intensiv müzakirələr davam edir, yaxın gələcəkdə bu görüşün baş tutacağına ümid var.

Bəs görəsən, yaxın günlərdə Paşinyan-Əliyev görüşü gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-ın sualını politoloq Oqtay Qasımov cavablandırıb. O bildirib ki, Brüsssel görüşündə tərəflər konkret məsələlər üzrə razılaşıb: “İlk növbədə Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü beş prinsipi Ermənistan tərəfi qəbul etdi. Bu barədə Nikol Paşinyan Brüsseldən qayıtdıqdan sonra parlamentdəki çıxışı zamanaı məlumat verdi. Qriqoryan bildirir ki, Ermənistanın da öz növbəsində 6 bəndlik təklifləri var. Həmin təkliflərin içərisində Qarabağda yaşayan ermənilərin təhülkəsizliyi və status məsələləri yer alır. Bu məsələlər növbəti mərhələdə müzakirə olunacaq. Paşinyan bizm şərtlərimizi qəbul edib. Azərbaycanın irəli sürdüyü beş bəndlik təkliflər Avropa İttifaqı tərəfindən də dəstəklənir. Sülh danışıqlarının aparılması ilə bağlı Azərbaycan tərəfi xüsusi komissiya yaradıb. Lakin Ermənistan hələ də konkret addım atmaq istəmir. Bunun üçün müxtəlif bəhanələr irəli sürülür”.

Oqtay Qasımov: “Qarabağ problemi Rusiya və Türkiyəni üz-üzə gətirə bilər” » Reyting.az

Politoloq əlavə edib ki, indiki halda liderlərin görüşünə lüzum yoxdur: “Hesab edirəm ki, ölkə rəhbərlərinin görüşüb həll etməli olduğu məsələlər Brüsseldə ətraflı müzakirə olunub. Bu mənada liderlərin növbəti görüşünə qədər işçi qrupu müzakirələr aparmalıdır. Müəyyən mərhələyə çatdıqdan sonra dövlət rəhbərlərinin görüşü vacib olacaq. Tərəflər arasında yalnız o zaman görüş baş tuta bilər. Hər kiçik məsələ üçün liderlər görüşə bilməz. Bu mənada Armen Qriqoryanın fikirləri dolaşıq və ciddiyətdən uzaqdır. İşçi qrupları konkret nəticəyə gəlməlidir ki, onların səlahiyətini aşan məsələlər liderlərin görüşünə daxil edilsin. Lakin biz indiyə kimi intensiv görüşlərin və müzakirələrin şahid olmamışıq. Belə olan halda may ayı ərzində Paşinyanla İlham Əliyevin görüşünə ehtiyac olmadığını düşünürəm”.