Bu gün:
Xezer.info » Bu gün » 3 ölkənin XİN başçıları Kiyevə gəldi

3 ölkənin XİN başçıları Kiyevə gəldi


3 ölkənin XİN başçıları Kiyevə gəldi
Litvanın xarici işlər naziri Qabrielyus Landsbergis, Latviyanın xarici işlər naziri Edqars Rinkeviçus və Estoniyanın xarici işlər naziri Eva-Mariya Liymets Kiyevdə səfərdədir.

Axar.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Naziri Qabrielyus Landsbergis Tvitter hesabında paylaşım edib.

"Bu dəfə biz həm də Ukraynanın yenidən qurulması, bərpası və Avropa Birliyinə namizədlik statusundan danışırıq. Çiçəklənən Kiyev yenidən parlaq gələcəyə hazır olduğunu xatırladır", - Landsbergis bildirib.