Bu gün:
Xezer.info » İqtisadiyyat » İstilik təchizatında YENİLİKLƏR - AÇIQLAMA

İstilik təchizatında YENİLİKLƏR - AÇIQLAMA


İstilik təchizatında YENİLİKLƏR - AÇIQLAMA
“İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2022 il tarixli Sərəncamı, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin gücləndirilməsi, səmərəliliyin artırılması və istehlakçıların istilik təchizatına olan tələbatının etibarlı şəkildə ödənilməsinin təmin edilməsi məqsədi ilə yeni islahatların aparılması istiqamətində mühüm rol oynayacaq”.

Bunu Oxu.Az-a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

Onun sözlərinə görə, beynəlxalq şirkətlər araşdırma aparıb, təklif verəcək:

“İlk növbədə Energetika Nazirliyi tərəfindən tanınmış beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanması, Nazirlər Kabineti tərəfindən “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin təmin olunması nəzərdə tutulur”.

“Eyni zamanda bu sahəni tənzimləyən texniki normativ hüquqi aktların hazırlanması, qanunvericilik bazasının təkmilləşdirilməsi, “İstilik təchizatı haqqında” Qanun layihəsini hazırlanması nəzərdə tutulur ki, bu da istilik enerjisindən istifadə sahəsində təchizatçı müəssisə ilə həm istehlakçı, həm də digər qurumlar arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar digər məsələləri tənzimləyən sənəd olacaq.

Hazırda istilik təchizatına dair bütün məsələlər, o cümlədən istehlakçı və təchizatçının hüquq, vəzifə və səlahiyyətləri, sayğacların quraşdırılması, enerji təchizatçısı ilə istehlakçı arasında dəqiq sərhədlərin müəyyənləşdirilməsi kimi məsələləri tənzimləyən və ümumilikdə sistemin səmərəli fəaliyyətinə təsir edə biləcək digər normativ sənədlərin hazırlanmasına böyük ehtiyac vardır ki, qeyd olunan sərəncam bu sahədə boşluqların doldurulması və icrasının təmin edilməsində əhəmiyyətli rol oynayacaq", - deyə o qeyd edib.