Bu gün:
Xezer.info » Manşet » Laçının icra başçısı elə bir şəxsin qohumu çıxdı ki... - AQİL NƏZƏRLİNİ BİTİRƏCƏK QOHUMLUQ DOSYESİ

Laçının icra başçısı elə bir şəxsin qohumu çıxdı ki... - AQİL NƏZƏRLİNİ BİTİRƏCƏK QOHUMLUQ DOSYESİ


Laçının icra başçısı elə bir şəxsin qohumu çıxdı ki... - AQİL NƏZƏRLİNİ BİTİRƏCƏK QOHUMLUQ DOSYESİ
Aqil Nəzərlinin işğal olunmuş ərazilərdə belə sürülərini saxlaya bilən və buna görə həbs olunan Güləbirdli Vaqifin nəvəsini aldığı üzə çıxıb

Azərbaycanın bəzi rayonlarının əhalisi həqiqətə də bəxti gətirməyənlər sırasındadır. Bu sırada bir çoxunun adını çəkmək olar. Amma ən öncülləri sırasında Laçın rayonunu göstərmək olar. Bu bəxtigətirməməzliyin səbəbi ilk olaraq yaşadıqları həyat, təyin olunan icra başçıları ilə bağlıdır.
JAM.AZ xəbər verir ki, Laçın camaatı hələ XX əsrin əvvəlində bir dəfə ermənilərin zülmünə məruz qalıblar. Həmin vaxt Sultan Bəyin dəstəsi sayəsində Andranikin qulağını kəsərək, ermənilərə ibrət dərsi vermişdilər. Amma ötən əsrin sonlarına yaxın daha bir erməni zülmü ilə üz-üzə qalan laçınlılar, bu dəfə doğma yurdlarından didərgin düşdülər.
Amma Laçın camaatınınb bəxti yenə gətirməyib.Bu yaxınlarda Laçın rayonuna icra başçısı təyin edilən Aqil Nəzərlinin də haqqında xoşagəlməyən söhbətlər yayılmağa başlayıb. Yerli mətbuat hətta onun hərbi xidmətdə olmadığını, hətta diplomunun saxta olduğunu iddia etməyə başlayıb. Lakin bütün bunların fonunda bir məsələ xüsusi olaraq diqqət çəkir ki, o da Aqil Nəzərlinin qohumluq əlaqəsi ilə bağlıdır.
JAM.AZ-ın araşdırmalarına görə, Aqil Nəzərli bir müddət əvvəl MTN-öin keçirdiyi əməliyyat nəticəsində həbs olunmuş Güləbirdli Vaqifin kürəkəni sayılır. Məlumatlara görə, Nəzərli Vaqifin nəvəsi ilə ailə qurub və onun sayəsində vəzifə başına da keçib. Daha doğrusu, bütün maddi və şəxsi əlaqlərdən istifadə olunaraq, onu İcra Hakimiyyəti sisteminə yerləşdirməyə nail olub.
Maraqlı hal odur ki, Aqil Nəzərlinin kürəkəni olduğu Güləbirdli Vaqif heç də səbəbsiz yerə həbs olunmamışdı. Həmin vaxt rəsmi məlumatlarda qeyd olunurdu ki, sözügedən şəxs qoyun sürülərini işğal altında olan ərazilərimizə belə apara bilirmiş. Onun ermənilərlə əlaqəsi olduğu və məhz bu əlaqəyə görə də, sürülərini Qarabağ ərazilərində sərbəst dolaşdıra bildiyi vurğulanır. JAM.AZ xəbər verir ki, həmin vaxt onun evindən silah-sursatla yanaşı, ratsiyalar da aşkarlanaraq götürülmüşdü. Lakin tanınmış icra başçılarından birinin sayəsində bir müddət yatdığı həbsdən azad olunmuşdu. Onu da xatırladaq ki, Güləbirdli Vaqifin ermənilərlə işbirliyi içində olması barədə Ağdam cəbhəsində döyüşmüş əsgərlər də dolayısı ilə təsdiqləyirdilər. Onlar sözügedən şəxsin ermənilərlə anlaşmaya malik olduğunu iddia edərək, bəzi əməliyyatlar barəsində onlara məlumat verdiyini də dilə gətirirdilər.
İkinci maraqlı məqam isə odur ki, işğal altında olan bir rayonun başına niyə həmişə ermənilərlə bu və digər şəkildə əlaqəsi olan şəxslər icra başçısı təyin olunur? Bu laçınlıların və Laçının bəxtinəmi yazılıb, yoxsa, sadə bir təsadüfdür? Hər halda bu qədər təsadüf olması da inandırıcı deyil.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.