Türkiyədə ötən sutka koronavirusa 1,2 mindən çox yoluxma halı qeydə alınıb
06-may-2022Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 11 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 101 263 nəfər test edilib, 1 253 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 1 782 nəfər sağalıb.