Bu gün:
Xezer.info » Dünya » Ərdoğan və Malayziya kralı ikitərəfli münasibətləri müzakirə ediblər

Ərdoğan və Malayziya kralı ikitərəfli münasibətləri müzakirə ediblər


Ərdoğan və Malayziya kralı ikitərəfli münasibətləri müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Malayziya Sultanı Kralı əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah arasında telefon danışığı olub.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Telefon danışığı zamanı Ankara ilə Kuala-Lumpur arasında əlaqələrin inkişafı üçün atılacaq addımlar müzakirə edilib.

Regional məsələlər, o cümlədən Rohinca müsəlmanlarının vəziyyəti nəzərdən keçirilib.

İki ölkə liderləri Ramazan bayramı münasibətilə də bir-birini təbrik ediblər.