ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 397 milyon dollar ayırır
06-may-2022ABŞ Ukraynaya humanitar yardım üçün əlavə 397 milyon dollar ayıracaq.
Trend xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pauer Ukraynaya yardım üçün donorlar konfransında deyib.
"Bu gün mən Ukraynaya 397 milyon ABŞ dolları məbləğində əlavə humanitar yardımın ayrılmasını məmnuniyyətlə elan edirəm", - deyə S.Pauer bildirib.
Beləliklə, hərbi əməliyyatlar başlayandan bəri ABŞ-ın Ukraynaya göstərdiyi ümumi humanitar yardım 690 milyon dollara çatıb.