Bu gün:
Xezer.info » Dünya » ABŞ rus komandirlərin yerini Kiyevə ötürür?

ABŞ rus komandirlərin yerini Kiyevə ötürür?


ABŞ rus komandirlərin yerini Kiyevə ötürür?
ABŞ döyüş meydanında rus komandirlərinin harada olması barədə Ukraynaya məlumat ötürmür.

Axar.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi deyib.

“Biz hərbi liderlərin döyüş meydanında yerləşməsi ilə bağlı kəşfiyyat məlumatı vermirik və Rusiya hərbçilərinin hədəfə alınması ilə bağlı qərarların qəbulunda iştirak etmirik”, - Kirbi qeyd edib.

Qeyd edək ki, "Nyu York Tayms" müharibədə indiyə qədər 12 rus generalının öldürüldüyü haqda məlumatın olduğunu, bu qədər yüksək çinli rus zabitlərinin məhv edilməsində Ukraynaya ABŞ-ın informasiya dəstəyini verdiyini iddia etmişdi.