Bu gün:
Xezer.info » Qarabağ » Ermənistanla sərhəddə buraxılış məntəqələri müəyyənləşdi

Ermənistanla sərhəddə buraxılış məntəqələri müəyyənləşdi


Ermənistanla sərhəddə buraxılış məntəqələri müəyyənləşdi
"Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı"nda dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Buraxılış məntəqələrinin ikisi Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədində yerləşir: Eyvazlı dövlət sərhədindən buraxılış məntəqəsi - Qubadlı rayonu (Eyvazlı kəndi) və Qazançı dövlət sərhədindən buraxılış məntəqəsi - Zəngilan rayonu (Qazançı kəndi).

Həmçinin Füzuli Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Füzuli rayonu, Mirzəcamallı kəndi) və Zaqatala Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Zaqatala rayonu, Muxax kəndi) müəyyənləşib.