Bu gün:
Xezer.info » Cəmiyyət » Vəzifə alan Müşfiq Abbasovdan ilk açıqlama

Vəzifə alan Müşfiq Abbasovdan ilk açıqlama


Vəzifə alan Müşfiq Abbasovdan ilk açıqlama
Mənə göstərilən etimadı doğrultmağa çalışacağam.

Bunu Axar.az-a açıqlamasında ATV rəhbərinin kreativ texnologiyalar və əyləncəli verilişlər üzrə müşaviri təyin edilən Müşfiq Abbasov deyib.

“Əsasən yaradıcılıq məsələləri üzrə işləyəcəyik. İşimizin əsas bəhrəsi yeni mövsümdə olacaq. Qarşıdan yay tətili gəlir, ümid edirəm ki, payızda özümüzü göstərəcəyik. ATV onsuz da reytinqli kanaldır. Bu reytinqi qoruyub saxlamağa çalışacağıq”, – M.Abbasov bildirib.

Qeyd edək ki, Müşfiq Abbasov bu gün Azad Azərbaycan MTRK-nın prezidenti Azər Xəlilovun əmri ilə ATV rəhbərinin kreativ texnologiyalar və əyləncəli verilişlər üzrə müşaviri təyin edilib.