Zelenski və Conson arasında önəmli MÜZAKİRƏ
05-may-2022Ukrayna lideri Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Consonun mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ukraynadakı vəziyyəti və Kiyevə daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər. Conson və Zelenski Ukraynada baş verən hadisələrlə bağlı beynəlxalq təhqiqatın aparılmasının zəruriliyini vurğulayıblar.