İran parlamentinin sədri Azərbaycana səfər edəcək
05-may-2022İran İslam Şurası Məclisinin (parlament) sədri Məhəmməd Bağır Qalibaf Azərbaycana səfər edəcək.
İranın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, o, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament Assambleyasının (PA) mayın 16-18-də Bakıda keçiriləcək illik iclasında iştirak edəcək.