Bu gün:
Xezer.info » Cəmiyyət » “Kişilər üçün pensiya yaşı 63, qadınlar üçün 60 olsun”

“Kişilər üçün pensiya yaşı 63, qadınlar üçün 60 olsun”


“Azərbaycanda çoxuşaqlı ailələr məhfumuna yenidən baxmaq lazımdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli bildirib.

“Azərbaycan demoqrafik vəziyyət dəyişib. 5 və 5-dən artıq uşağı olan ailələrin sayı kəskin azalıb. Ona görə mən düşünürəm ki, çoxuşaqlı ailələr dedikdə biz 3 və daha artıq övladı olan anaları nəzərdə tutmalıyıq”, - deyə deputat qeyd edib.

O, həmçinin Azərbaycanda pensiya yaşının azaldılması təklif edib.

Millət vəkili vurğulayıb ki, ölkəmizdə kişilər üçün pensiya yaşının 63, qadınlar üçün isə 60 olması daha yaxşı olar.