“Yeni pensiya konsepsiyasının üzərində iş gedir. Konsepsiya hazırda müzakirə mərhələsindədir”.
“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deyib.
Nazir müavini əlavə edib bu ilin ötən dövründə 10 mindən çox şəxsə əlillik təyin olunub.
Onun sözlərinə görə, 2020-2022-ci illər üçün 60 minədən şəxsə əlillik təyin edilib:
“5 illik müddət bitdikdən sonra əlillik yenidən qiymətləndirilməlidir”.