Mübariz Mənsimovun dilini kəsərik - Eynulla Fətullayev
05-may-2022“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun “Lotu Quli” ləqəbli, mərhum Nadir Səlifov haqqında dediklərinə jurnalist Eynulla Fətullayev sərt reaksiya verib.
Bakupost.az xəbər verir ki, Lotu Quli ilə fotosunu Feysbuk hesabında paylaşan E. Fətullayev yazıb:
“Qardaşımız Quli həyatda yoxdur, amma biz varıq və ayaqdayıq. Qardaşımıza dil uzadanın dilini kəsərik! M. Mənsimov həyatda ən böyük səhvini etdi”.
Qeyd edək ki, M. Mənsimov Xural TV-nin rəhbəri Əvəz Zeynallıya müsahibəsində “Lotu Quli”nin ona zəng etdiyini və hədə-qorxu gəldiyini deyib:
“Yaz aylarının birində İtaliya nömrəsindən mənə zəng gəldi. Dedi ki, mən Lotu Quliyəm. Bizim qardaşlarımız haqqında çox pis şeylər danışırsan, onları danışmamaq lazımdır. Dedim kimdir sizin qardaşınız? Anar Əliyevin adını verdi. Mənim leksikonumda nə qədər söyüş varsa, hamısını söydüm. O da üzr istəyirəm deyib, telefonu bağladı. Danışığımız bu qədər olub”.