Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq- 400 manat alıb yarımçıq əməliyyat edən cərrah!
30-iyun-2016Bərdə rayon Mərkəzi Xəstəxanasında biabırçılıq- 400 manat alıb yarımçıq əməliyyat edən cərrah!
Vətəndaşın şikayətini sizə təqdim edirik.
Bərdə rayon Mərkəzi Xəstəxanasında bacısı qızının başına gətirilən hadisələrlə bağlı Fuad Yusifov şikayətlə müraciət edib.
Bərdə rayon Mərkəzi Xəstəxanasınn cərrahı Asif Fərzəliyev 14 yaşlı bacım qızının öd kisəsində daş olduğu səbəbindən 400 manat müqabilində əməliyyat etmişdir. Cərrahiyyə əməliyyatı zamanı qızın öd kisəsi götürülmüşdür. Aradan 4 gün keçməyinə baxmayaraq uşaqda ağrılar ara vermir. Asif həkimə müraciət edəndə isə o bizə " Uşağı ərköyün böyütmüsünüz, ona gənəgərçək yazı verin, nə bilim daha nə edin getsin" deyir.
Bacım Asəf doktorun xəbəri olmadan başqa həkimə müraciət edir.O həkimdə uşağı UZİ və Rentgen edirlər.Məlum olur ki, uşağl qarnına maye yığılır.Yenidən Asəf doktora müraciət edirlər.Asəf doktor 4 gündən sonra yenidən əməliyyat edir. lakin günlər keçdikcə qoyulan drenajdan maye axını kəsilimir.Uşaq saralır. Yenidən həkimə müraciət olunur və müayinədən keçirlər.Məlum olur ki, uşağın qaraciyərindən 12 barmaq bağırsağa keçən çıxışında 4mm daş qalıb. Bu dəfə uşağı Bakıda 18.03.2016 - da 23 gün sonra endoskopik əməliyyat edirlər. daşı ordan çıxardırlar.
İndi siz deyin Bərdə Rayon Xəstəxanasında belə " baytar" cərrahlar haqqında hansı tədbirlər görülməlidir ki, başqa insanlar bacım qızının gününə düşməsinlər?
P.S. Bərdə rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Rəna Mustafayevayla telefonda bu məsələ ilə əlaqə saxladıq. Rəna xanım Asif Fərzəliyev haqqında çox maraqlı danışdı. Onu dəfələrlə başa saldığını, düz işləməsini dediyini və sonda da öhdəsindən gələ bilmədiyini dedi.
Maraqlıdır. Əgər Baş həkim öz işçisinin öhdəsindən gələ bilmirsə vay o xəstəxanaya üz tutan xəstələrin halına. Əminik ki, Səhiyyə Nazirliyi bu məsələni araşdırıb lazımi ölçü götürəcək.
Qanun-namine.info