“Bayraqdar” PUA-ları Qarabağda ermənilərin 90 tank və 400-dən çox hədəfini məhv edib
07-iyul-2021“Türkiyənin “Bayraqdar-TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) hazırda kiçik, çoxyönümlü, ucuz pilotsuz döyüş təyyarələrinin düşmənin ağır silahlanmış canlı qüvvəsini necə aşkar etdiyinin və qarşıdurmaların nəticələrini necə qətiyyətlə formalaşdırdığının ən yaxşı nümunəsidir”.
Bu fikirlər Böyük Britniyanın “Drone Vars” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Yazıda vurğulanıb ki, İkinci Qarabağ müharibəsində istifadədən sonra “Bayraqdar-TB2” və digər PUA-ların özlərini döyüşdə sübut ediyi əksəriyyət tərəfindən qəbul olunur: “Qarabağdakı əməliyyatlarda “Bayraktar TB2” PUA-ları Ermənistana məxsus yüksək dəyərli hərbi obyektlərin və canlı qüvvənin yerini dəqiq müəyyənləşdirmək və onları sıradan çıxarmaq üçün istifadə edilib”.
Məqalədə bildirilib ki, hesablamalara görə, İkinci Qarabağ müharibəsi zamanı “TB2”lər Ermənistana məxsus 90 tank da daxil olmaqla, 500-dən çox hərbi hədəfi məhv edib.