Bu gün:
Xezer.info » Manşet » “Avro Qrand”a qarşı 1,6 milyonluq dələduzluq iddiası

“Avro Qrand”a qarşı 1,6 milyonluq dələduzluq iddiası


“Avro Qrand”a qarşı 1,6 milyonluq dələduzluq iddiası
Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “Avro Qrand” MMC-nin rəhbərliyi 1,6 milyon manatlıq dələduzluqda ittiham olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə paytaxt sakini, 1965-ci il təvəllüdlü Hüseyn Əliyev DİN-ə müraciət edərək məlumat verib.

O bildirib ki, MMC-nin rəhbəri Xanlar Cəfərov və əməkdaşları – Allahverdi ilə İsmayıl obyekt almaq adı ilə onu aldadaraq 1 575 000 manat pulu alaraq mənimsəyiblər.

Müraciətlə bağlı Binəqədi RPİ-də araşdırma aparılır.