Bu gün:
Xezer.info » Eksklüziv » Rəsmi Moskvadan Qarabağdakı vəziyyətlə bağlı növbəti açıqlama

Rəsmi Moskvadan Qarabağdakı vəziyyətlə bağlı növbəti açıqlama


Rəsmi Moskvadan Qarabağdakı vəziyyətlə bağlı növbəti açıqlama
“Dağlıq Qarabağ ətrafında vəziyyətin nizamlanması üçün hər gün iş aparılır”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri “İzvestiya” multimedia informasiya mərkəzinə müsahibəsində söyləyib.
Diplomat deyib: “Xarici işlər nazirləri ilə məsləhətləşmələr, danışıqlar aparılır. Biz xarici işlər nazirlikləri və səfirliklər xətti ilə həqiqətən hər gün qarşılıqlı əlaqə saxlayırıq. Xarici siyasət idarələrinin rəhbərlərinin həm Rusiya-Azərbaycan, həm də Ermənistan xətti üzrə telefon danışıqları barədə məlumatlar mütəmadi olaraq dərc edilir. İstər münaqişənin qaynar fazasında, istərsə də atəşkəsdən sonrakı mərhələdə ölkəmiz bu vəziyyətin nizamlanması üçün çox səy göstərib”.
M.Zaxarova daha sonra əlavə edib ki, söhbət təkcə siyasi səylərdən deyil, həm də diplomatik səylərdən, ölkə rəhbərlərinin şəxsi səylərindən gedir.
RF XİN nümayəndəsi sonda deyib: “Əlbəttə, bizim sülhməramlıların rolunu da qeyd etməliyik. Onlar vəziyyətin yaxşılaşması üçün hər gün öz bacarıqlarını, peşəkar vərdişlərini sərf edirlər. İndiki halda siyasətçilərin, diplomatların və ictimai xadimlərin öz funksiyalarını yerinə yetirə bilmələri üçün rusiyalı sülhməramlıların rolunu lazımınca qiymətləndirmək çətindir”./