Bu gün:
Xezer.info » Siyasət » Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib


Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Bu gün Bakıda Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

XİN-dən XEZER.INFO-a verilən məlumata görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq gündəliyinin məsələləri əsas müzakirə mövzusu olub.Həmçinin tərəflər, bölgədəki cari vəziyyət və baş verən son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.