“Bizi mövqeyimizdən döndərə bilməyəcəklər” – Ərdoğan
30-iyun-2016“Vətənimizi əsla bölə bilməyəcəklər. Öz-özünə belə xəyal aləmində dolaşanlar, gəzənlər var. Boşuna gəzirsiniz! Əgər bu terror təşkilatları hesab edirlər ki, bizi mövqeyimizdən döndərəcəklər, çox yanılırlar”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə bağlı deyib.
“Nə günahı var idi o insanların? Uşaq, qadın, yaşlı, yerli və xarici vətəndaşların? Bunun insani, vicdanı hər hansı bir tərəfi var mı? İslam ilə bir əlaqəsi var mı? Bir insanın ölümünə səbəb olmaq bütün bəşəriyyətin ölümünə səbəb olmaqdır. Belə deyir bizim dinimiz. Türkiyənin əsl fəlakəti bu terror hadisələri deyil, hədəflərindən və ideallarından imtina etməsi olar. Biz bundan imtina etməyəcəyik. Millətimizi belə bir fəlakətlə əsla üz-üzə buraxmayacağıq”, deyə Ərdoğan bildirib.