Bu gün:
Xezer.info » Dünya » RUSİYA, ÇİN VƏ İRAN AMERİKAYA QARŞI – Dənizlər mübarizəsində kim qalib gələr?

RUSİYA, ÇİN VƏ İRAN AMERİKAYA QARŞI – Dənizlər mübarizəsində kim qalib gələr?


RUSİYA, ÇİN VƏ İRAN AMERİKAYA QARŞI – Dənizlər mübarizəsində kim qalib gələr?
Soyuq müharibə bitəndən dərhal sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş potensialı üçün yaranmış risklər yenidən onları təqib etməyə başlayıb. Belə ki, Amerikanın dəniz qüvvələrinə qarşı Rusiya, Çin və İran meydan oxumağa və onları sıxışdırmağa cəhd göstərir.

ABŞ–ın rəqibləri son zamanlar ABŞ HHQ–lərinin dənizlərdəki hökmranlığına qarşı çıxırlar. 1991-ci ildə Sovet İttifaqının möhtəşəm Hərbi Dəniz Donanması dağıldıqdan indiyədək amerikanlar belə bir vəziyyətlə qarşılaşmamışdı.
ABŞ Hərbi Dəniz Donanmasının komandanı, admiral Filip Devidson Vaşinqton Beynəlxalq Araşdırmalar və Strateji Mərkəzindəki (Center for Strategic and İnternational Studies) çıxışı zamanı deyib: “Məsələyə operativ konsepsiyadan yanaşılarsa, sözsüz ki, Rusiya, Çin, İran bizi dənizlərə nəzarətdən məhrum etmək istəyir. Yəni onlar son illər ərzində bizə bildirmək istəyirlər ki, dəniz sferasında bizim fəaliyyətlərimizi cavabsız qoymayacaqlar. ABŞ HDQ-i həmçinin radioelektron, hərbi qayıqlar əleyhinə mübarizə, üfüqarxası obyektlərin müəyyən edilməsi sahələri və bu istiqamətdəki hücumların yerinə yetirilməsi ilə bağlı digər çoxməqsədli tapşırıqları həyata keçirmə risklərini də öz üzərinə götürüb. Ona görə də, bu bacarıqlar donanmada bərpa edilməlidir”.

ABŞ dənizdə lazımı müharibəni aparmaq üçün bir sıra üstünlüyə malikdir ki, bunun da təmin edilməsinə son ildə xeyli vəsait qoyulub. Bunların içərisindəki başlıca məqsədlərdən biri də, dəniz aviasiyasında, gəmilərdə və eyni zamanda da digər vasitələrin yardımıyla informasiya mübadiləsi aparmağa imkan verən hərbi dəniz sistemində atəşin inteqral idarəetməsini həyata keçirməkdir. Digər yandan həmin idərəetmə sistemi, özünün atəş gücünü daha çoxsaylı platformalara yönəltməklə, böyük üstünlük əldə edir.

Devidson deyib: ”Bu cür sistem son 15 ildir ki, meydana çıxıb və raket əleyhinə müdafiə sistemləri ilə birlikdə inkişaf etdirilib. Ümumiyyətlə, onun potensialı, ayr-ayrı komponentlərin cəminin imkanlarından üstündür”.

ABŞ HDQ-inin digər özəlliyi onun sualtı məkandakı üstünlüyüdür. Hərçənd ki, ABŞ HDQ-i çox məqsədli sualtı qayıq çatışmamazlığı ilə qarşılaşıb, amma onların “Virciniya” və “Sivulf” sinfindən olan submarinaları (sualtı qayıqları) dünyada ən qabacıl mövqedə dayanırlar. Lakin həqiqətən də rusların submarinlərinin sayı kifayət olmasa da, hər halda onlar hədsiz geridə qalmayıblar.

Bundan başqa ABŞ HDQ-i operativ vəziyyəti izləyəcək digər çoxsaylı texniki imkanlara da sahibdir. Admiral Devidson bildirib: ”Bütün bunlar bizə sualtı məkanda yaxşı üstünlük əldə etməyə imkan verir. Ümumiyyətlə isə burada söhbət bizim düşmən mövqelərini aşkarlamağımızdan, böyük miqdarda informasiya toplayaraq, sualtı mühitdə onlardan necə istifadə etməyimizdən gedir”.

Digər tərfdən isə ABŞ HDQ-i öz məğzinə görə modul sistemlidir, yəni onlar konkret tapşırığın yerinə yetirilməsi üçün kombinə olunmuş halda fəaliyyət göstərirlər. Məsələn, göyərtə aviasiyasının qanadları son 15 ildə dəyişilməyib, çünki bunlar yeni təhlükələr yarandığı zaman dəyişdiriləcək.

Bu cür gəmilərin, istər “Arli Berk” tipindən olan eskadron minadaşıyanları və istərsə də yaxın sahil zonalarındakı hərbi gəmilərin yığcam döyüş qabiliyyətləri, vertikal buraxılış və ayırma qurğularının köməyi ilə həyata keçirilir. Həm də ki, xətt döyüş gəmilərindəki universal qurğular sayəsində, burada pilotsuz uçuş sistemləri quraşdırmaq mümkündür.
Beləliklə, ABŞ Hərbi Dəniz Qüvvələrinə müasir döyüş fəaliyyətlərini yerinə yetirmək və yeni vərdişlərin öyrənilməsi üçün lazımı işlərin aparılmasının vacibliyinə baxmayaraq, əvvəlkitək əsas döyüş vasitələri onların ixtiyarındadır.

(The National İnterest)