Bu gün:
Xezer.info » Hadisə » Azərbaycanın xüsusi təyinatlı zabiti hərbi hissədə intihar etdi

Azərbaycanın xüsusi təyinatlı zabiti hərbi hissədə intihar etdi


Azərbaycanın xüsusi təyinatlı zabiti hərbi hissədə intihar etdi
Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.
Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də ilk övladı dünyaya gəlib.
A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib.
Qeyd edək ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb.