“Uzun müddət status-kvonu saxlamaq mümkün deyil” –Almaniyanın Xarici işlər nazirindən Qarabağ açıqlaması
30-iyun-2016"Dağlıq Qarabağ münaqişəsində status-kvonu uzun müddət saxlamaq mümkün deyil".
Bunu İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.
Onun sözlərinə görə, regionda hərbi əməliyyatların başlamasında artıq iki ay vaxt keçib: "Düşünürəm ki, hamı – təkcə münaqişə tərəflərinə deyil, həm də ATƏT aydın başa düşür ki, uzun müddət status-kvonu saxlamaq mümkün deyil. Biz hesab edirik ki, münaqişə nə qədər çox davam etsə, hərbi əməliyyatların eskalasiyası riski bir o qədər artır".
Trend.az