Bu gün:
Xezer.info » Siyasət » Bakı və Ankara Yerevana düşmənçilikdən əl çəkməyi təklif edirlər

Bakı və Ankara Yerevana düşmənçilikdən əl çəkməyi təklif edirlər


Bakı və Ankara Yerevana düşmənçilikdən əl çəkməyi təklif edirlər
Türkiyə Qafqaz ölkəsi olaraq, regional məsuliyyət prinsipi nəzərə alınmaqla Azərbaycandakı geosiyasi proseslərdə fəal iştirak etməlidir, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev belə hesab edir.

Regionda yolların açılması ilə yanaşı Azərbaycan-Türkiyə iqtisadi münasibətlərini inkişaf etdirmək lazımdır. Ermənistan da Mehri vasitəsilə dəmir yolunun açılmasından istifadə edərək Gürcüstan kimi tranzit dövlətə çevrilə bilər, iqtisadi əlaqələr isə regionda sülhü təmin edir. Bu barədə H.Hacıyev yanvarın 27-də Azərbaycan-Türkiyə münasibətləri mövzusunda vebinar zamanı bildirib.

“Bizim əməkdaşlığımız üçüncü ölkələrə qarşı deyil, həmçinin Türkiyə və Azərbaycanın Gürcüstan və Pakistanla üçtərəfli əməkdaşlığı digər dövlətlərə qarşı deyil”, – ə o qeyd edib.

Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Bürhanəddin Duran deyib ki, Azərbaycan ordusunun qarşısına çıxa bilməyən Ermənistan Türkiyənin Azərbaycana hərbi yardım göstərdiyini bildirdi.

Türkiyə bütün sahələrdə Azərbaycanın yanındadır və bu, Qarabağ müharibəsi günlərində dünyaya nümayiş etdirilirdi. Xüsusilə bu, pilotsuz hərbi aviasiyasının tətbiqində görünürdü.

Bununla əlaqədar Türkiyəyə bütün dünya tərəfindən təzyiqlər oldu, amma Türkiyə Azərbaycana yardımdan imtina etmədi.

“Müharibədən sonra türk hərbçilərin Qarabağda olması reallıqdır və bu reallıqla hamı barışmalıdır. Türkiyə Gürcüstan və Azərbaycanla üçtərəfli münasibətlərdə təhlükəsizliyi təmin edilməsinə tərəfdardır.

Ermənistanın qarşısında iki alternativ var: perspektivsiz düşmənçilik siyasətinin davam etdirilməsi və ya regional əməkdaşlıq. Ermənilərə sonuncu çətin görünə bilər, amma 44 günlük müharibə göstərdi ki, başqa yol, sadəcə, yoxdur”, – B. Duran deyib. (Turan)