Bu gün:
Xezer.info » İqtisadiyyat » 4 iri dövlət qurumu yoxlanıldı –Aşkarlanan faktlar parlamentə göndərildi

4 iri dövlət qurumu yoxlanıldı –Aşkarlanan faktlar parlamentə göndərildi


4 iri dövlət qurumu yoxlanıldı –Aşkarlanan faktlar parlamentə göndərildi
Bu gün Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri müzakirə olunub.

Strateq.az Palataya istinadən xəbər verir ki, dövlət büdcəsindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və tabeliyində olan qurumlara ayrılan vəsaitlərin istifadəsi yanaşı, Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsi üzrə vəsaitlərdən istifadə, həmçinin rayon (şəhər) xəstəxanalarında mövcud çarpayılardan istifadənin səmərəliliyinin, çarpayı günlərinin icrasının, ərzaq məhsullarının, dərman və sarğı ləvazimatlarının alınması üçün vəsaitin proqnozlaşdırılması və icrasının, rayon (şəhər) səhiyyə müəssisələrinin struktur vahidlərinin ərzaq və dərman vasitələri ilə təmin edilməsi vəziyyətinə dair təhlil və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsinə dair təhlillər gündəliyı daxil olunub.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunub:

"Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb"

Məlumatda o da qeyd olunur ki, kollegiyada Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı Audit proqramları da təsdiqlənib.