Bu gün:
Xezer.info » Xəbər » Gürcüstan-Azərbaycan quru sərhəddi bir müddət bağlı qalacaq – RƏSMİ

Gürcüstan-Azərbaycan quru sərhəddi bir müddət bağlı qalacaq – RƏSMİ


Gürcüstan-Azərbaycan quru sərhəddi bir müddət bağlı qalacaq – RƏSMİ
Fevralın 1-dən etibarən müntəzəm aviareysləri bərpa etməyi planlaşdıran Gürcüstan yaxın zamanda quru sərhədlərini açmağı düşünmür.

XEZER.INFO xəbər verir ki, bu barədə ölkənin İnfrastruktur və regional inkişaf naziri Maya Tsikitişvili “Birinci kanal”ın efirində deyib.

Nazir qeyd edib ki, qonşu ölkələrdə koronavirusun yayılma dinamikası yüksək olaraq qalır.
Gürcüstan-Azərbaycan quru sərhəddi bir müddət bağlı qalacaq – RƏSMİ
“Gürcüstanla müqayisədə bu rəqəm çox olduğna görə, rəsmi Tiflis sərhədləri açmamağı qərara alıb. Quru sərhədlərin açılması ölkəyə yeni virus daşıyıcılarının gəlməsinə səbəb ola bilər”, – deyə Tsikitişvili bildirib.

Qeyd edək ki, fevralın 1-dən etibarən Gürcüstan hökuməti müntəzəm aviareysləri bərpa etmək qərarı alıb. Xatırladaq ki, ötən ildən etibarən koronavirus pandemiysı səbəbindən Azərbaycanla Gürcüstanın quru sərhəddi bağlıdır. Hər iki ölkədə qalan vətəndaşlar xüsusi dəhliz vasitəsilə təxliyyə olunur.