Bu gün:
Xezer.info » Cəmiyyət » Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlərin necə müəyyənləşəcəyi açıqlanıb

Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlərin necə müəyyənləşəcəyi açıqlanıb


Məktəbdaxili qiymətləndirmə zamanı qiymətlərin necə müəyyənləşəcəyi açıqlanıb
Xüsusi karantin rejimində summativ qiymətləndirmə zamanı suallar hər sinif və fənn üzrə 4 müxtəlif səviyyədə tərtib edilir.

XEZER.INFO-ın xəbərinə görə, bu, Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti qaydaları”nda bildirilib.

1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20 faizini (20 bal), 2-ci səviyyə üzrə 30 fazini (30 bal), 3-cü səviyyə üzrə 30 faizini (30 bal) və 4-cü səviyyə üzrə 20 faizini (20 bal) təşkil edir. Qiymətlər “2”, “3”, “4” və “5” olaraq müəyyənləşdirilir. 30 baladək suallar (30 da daxil olmaqla) “2”, 30 baldan 60-dək (60 da daxil olmaqla) “3”, 60 baldan 80-dək (80 də daxil olmaqa) “4”, 80 baldan 100-dək (100 də daxil olmaqla) “5” kimi qiymətləndirilir.