İspaniyada Putinin partiyasi ilə əlaqəli adamlar həbs edilib
30-iyun-2016İspaniyada hüquq mühafizə orqanlarının hayətə keçirdiyi əməliyyat nəticəsində “rus mafiyası” və Vahid Rusiya partiyasının üzvü olan siyasətçilərlə əlaqəli olan 6 Rusiya vətəndaşı saxlanılıb. Bu barədə İspaniyanın El Mundo nəşru yazıb. Qəzetin yazdığına görə, həbs edilənlərin rusiyadan olan siyasətçilərlə yaxşı əlaqələri olub. Saxlanılanlar çirkli pulların yuyulmasına ittiham edilir. Məlumata görə, Vahid Rusiya partiyasının nümayəndələri bir neçə dəfə onların qonağı olub. Bu şəxslərin adları səs-küylü korrupsiya işlərində çəkilir.
azadlıq.info