Bu gün:
Xezer.info » Bu gün » Azərbaycanda koronavirusa yoluxma yenidən azaldı

Azərbaycanda koronavirusa yoluxma yenidən azaldı


Azərbaycanda koronavirusa yoluxma yenidən azaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1593 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan XEZER.INFO-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 224 651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib, aktiv xəstə sayı 13 061 nəfərdir.
Ölkədə son sutka ərzində 8 368, hazırkı dövrədək isə 2 267 923 test aparılıb.
Qeyd edək ki, ötən gün koronavirus infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınmış, 1 682 nəfər müalicə olunaraq sağalmış, 21 nəfər vəfat etmişdi.