Bu gün:
Xezer.info » Sosial » Qarşıdakı illərdə su çatışmazlığını necə həll etməli? – Ekspert

Qarşıdakı illərdə su çatışmazlığını necə həll etməli? – Ekspert


Qarşıdakı illərdə su çatışmazlığını necə həll etməli? – Ekspert
Yeni su anblarının yaradılması suyun ilin soyuq dövründə də anbarlarda toplanması üçün zəruridir. Lakin qarşıdakı 2-3 il ərzində su çatışmazlığını nəzərə alaraq Kənd Təsürrüfatı Nazirliyi sudan istifadə zamanı yeni suvarılan sahələrin istifadəyə verilməsini məhdudlaşdırmalı, mövcud sahələrin su ilə optimal təmin olunmasına üstünlük verilməlidir:
XEZER.INFO xəbər verir ki, bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov “Yengicə su anbarının reqional ekoloji durumunun nəzəri olaraq texniki əsaslandırılması” mövzusunda keçirilən onlayn iclasda iştirak edərkən deyib.

Onun sözlərinə görə, Yengicə su anbarını inşa edərkən bir neçə məsələni diqqət mərkəzində saxlamaq vacibdir. O deyib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərüfatının inkişafı üçün külli miqdarda su ehtiyatları tələb olunur.

Yengicə su anbarının Vəndam çayının davamı və Kür çayını su ilə təmin edən qollardan biri olan Göyçaya tökülən Qaraçay üzərində tikildiyini diqqətə çatdıran alim su anbarının tikilməsi ilə əlaqədar Göyçayda suyun azalmasının nəticə etibarı ilə Kürün suyun azalmasına səbəb olacağını bildirib.