TƏBİB rəsmisindən koronavirus açıqlamadı: “20 faizinin ağciyərlərində…”
10-yan-2021Koronavirusa təkrar yoluxma halları var, amma bu, o demək deyil ki, xəstəliyi keçirənlərin hamısında təkrar yoluxma olacaq.
Xezer.info xəbər verir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, bəzi şəxslərin xəstəliyi asimptomatik keçirməsi pandemiyanın yayılması baxımından çox pis haldır. Çünki şəxs virus daşıyıcısı olduğunu bilmir və buna görə də tam aktiv həyat tərzini davam etdirir, virus mənbəyi olaraq, insanları yoluxdurur.
A.Qurbanov qeyd edib ki, xəstəliyi keçirənlərin 20 faizinin ağciyərlərində virus pnevmaniyası yarana bilər. Belə halların bir neçə faizi ölümlə nəticələnə bilər:
“Bu xəstəliyi ağır keçirən insanlarda sağaldıqdan bir müddət sonra xəstəliyin astenik, yəni qalıq simptomları – əzginlik, yorğunluq və s. müşahidə olunur. Buna görə də onlar elə hesab edirlər ki, hələ sağalmayıblar. Amma əslində isə test nəticəsi onların sağaldığını göstərir”.