Ərdoğan və Putini qarşı-qarşıya qoyan 3-cü qüvvə- Rusiyanın Türkiyədəki səfiri kimə işləyib?
29-iyun-2016Bombardimançı Su-24-un vurulmasından 7 ay sonra sular duruldu. İndi Ankara qonşularla sıfır problem, dostların sayını çoxaltmaq siyasətini irəli aparır.
Geriləmə isə iqtisadi cəhətdən hər iki tərəfə baha-başa gəldi. Müddət az görünsə də bu iki dövlət bir-birinə çox sahələrdə bağlı olduğu üçün itkilər milyard dollarla ölçülür. Tranzit yükdaşımalara qadağadan milyonlar itirildi, turistlərə getməmək göstərişi verilidi.
İldə 3,8 milyon rus turist Türkiyəyə dincəlməyə gəlirdi, ərzaq, ət-toyuq, meyvə-tərəvəzə embarqo, iki ölkənin birgə layihələri, Türk axını yarımçıq qaldı, RosAtom Akkuyu stansiya tikilməli idi, dəyəri 20 milyard dollar ölçülür.
Necə deyərlər, ziyanın yarısından qayıtmaq da pis deyil, amma bu o demək deyildi ki, əlaqələr tam itmişdi. Rusiya neftini dünyada ən çox satdığı ölkələrdən ikincisi Türkiyədir. Türkiyə qaza tələbatının yarısını Rusiya vasitəsilə ödəyir.
Rusiya-Türkiyə münasibətlərindən danışarkən, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov iki məsələyə diqqəti yönəldir. Birinci nəyə görə rus təyyarələri Türkiyə ilə sərhəddə uçurdular və nəyə görə vurulub. Keçmiş baş nazir Əhməd Daudoğlu istefası, Ərdoğan üzrxahlığı ilə ikinci sualı cavablandırıb. Belə başa düşülür ki, münasibətələrin korlanmasında və bu gün də barışığa mane olmağa çalışan 3-cü qüvvələr olub.
“Nəyə görə rus təyyarələri uçanda Rusiyanın Türkiyədəki səfiri dəfələrə XİN-ə çağırılıb, amma səfir rəhbərliyə detallı məlumat verməyib. Belə görünür, aravuran qüvvələr var. Rusiya bunu araşdırmalıdır”, – Tofiq Zülfüqarov bildirib.
Ermənistan da erməni əsilli rus telekanallar ciddi vəchlə barışığın baş tutmasına bu gün də çalışır. Təəccüblüdür ki, Türkiyəni İŞİD-lə əlaqəsini sübuta çalışanlar, ora nüvə bombası ataq, ərazini Ermənistana qataq deyən Jirinovskilər bu gün gəlin barışaq, türklər də amerikalıları sevmir söyləyir. Amerika, Avropaya qarşı müttəfiq axtarılır. Türkiyədə üzr məsələsinə birmənalı baxılmır, Rusiyada isə “Ərdoğan kişilərə yaraşan hərəkət etdi”, – deyirlər.
Maraqlıdır ki, Türkiyə-İsrail münasibətləri 7 il sonra düzəldi, Rusiya ilə 7 ay çəkmədi. Hamı Ərdoğan üzr istədi deyə fikirləşir. Amma Putin də istədi. Şərt deyil ki üzr. Cəmi bir həftə əvvəl İsrailin baş naziri Netanyahu Moskvada idi. Putinlə görüşmüşdü. Rusiya Türkiyə barışığında Türkiyə-İsrail barışığı rol oynayıb.
“Həm Rusiya, həm Türkiyədə başa düşüblər ki, digər qüvvələr vəziyyətin gərginləşməsindən istifadə edir“, – keçmiş naizr bildirdi.
Yay mövsümün iki ayı arxada qaldı, amma Antalyada qış demək olar ki, olmur, istirahət necə deyərlər irəlidədir. Rus turistlər yenidən Türkiyəyə ayaq açacaq. Tikinti şirkətləri quruculuğu münasibətlər kimi bərpa edəcəklər. Azərbaycanda vəziyyət ruscadır – deyəndə, yaxşı məna vermir, Türkiyədə vəziyyət rusca olanda hamı sevinir…