Bu gün:
Xezer.info » Sosial » COVİD-lə necə savaşmalı? – Tənqidlər çox, effektli həll yolu isə yox…

COVİD-lə necə savaşmalı? – Tənqidlər çox, effektli həll yolu isə yox…


COVİD-lə necə savaşmalı? – Tənqidlər çox, effektli həll yolu isə yox…
Azərbaycanda koronavirusla bağlı vəziyyət günü-gündən gərginləşir. Hər gün tanıdığımız adamların bu virusdan öldüyünün şahidi oluruq. Hazırda Azərbaycanda testlərin təxminən 30 faizi müsbət çıxır, hazırda 60 min civarında aktiv xəstə var. Əgər testdən keçməyən xəstələri nəzərə alsaq, aktiv xəstə sayının dəfələrlə çox olduğunu deyə bilərik. Cəmiyyətdə isə belə bir fikir formalaşıb ki, Azərbaycan səhiyyəsinin idarə olunmasındakı problemlər pandemiyanın fəsadlarını daha da artırıb. Müəyyən qədər bu fikirlə razılaşmaq da olar. Məsələn, ölkədə ilboyu karantin rejiminin tətbiq olunmasının effektiv nəticələrə səbəb olmaması və s.

Tanınmış həkim Qalib Əsədov dünya ölkələri arasında ən uzunmüddətli və ən sərt karantin rejiminin Azərbaycanda tətbiq olunmasını sərt tənqid edir. Onun sözlərinə görə, sərt karantin rejimini tətbiq edən Azərbaycanın koronavirus statistikası ürəkaçan deyil:
COVİD-lə necə savaşmalı? – Tənqidlər çox, effektli həll yolu isə yox…
“Rəsmi statistikaya əsasən, bu virusa yoluxma sayına görə 220 ölkə arasında 45-ci yerdəyik. (Özəl klinikalarda test verənlər, evdə xüsusi həkim tapıb müalicə olunanlar, xəstəliyi asimptom keçirənlər rəsmi statistikaya düşmür). Bir gün də olsa karantin tətbiq etməyən olkələrin vəziyyəti daha yaxşıdır. Əhalinin sayına nisbəti götürdükdə isə biz ilk onluqdayıq”.

Ancaq dünyanın ən güclü səhiyyə sistemlərinə sahib ölkələrin virusla mübarizədə effektli nəticələr əldə etməməsi faktı da ortadadır. Məsələn, Almaniya gündəlik ölüm sayının 950 nəfərə çatması səbəbindən sabahdan sərt karantin rejiminin tətbiqinə başlayır. Qonşu Gürcüstan nümünəsində də eyni vəziyəti müşahidə edirik. Amma sərt karantin rejimindən istifadə etməyən İsveç və Belarusda xəstəliklə bağlı durum aşağı-yuxarı Azərbaycanla eynidir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, Dünya Səhiyyə Təşkilatı başda olmaqla ən güclü səhiyyə infrastrukturuna malik ölkələrin koronavirusa qarşı birmənalı mübarizə metodu yoxdur. Müxtəlif tibb alimlərinin fikirlərində də kəskin ziddiyyətlərin olduğunun şahidiyik. Bu baxımdan Azərbaycanda pandemiyaya qarşı görülən tədbirlərin birmənalı olaraq səhv olduğunu iddia etmək olmur. Çünki koronavirusun təbiəti, klinik təsirləri, həmçinin virusun müalicəsi ilə bağlı yekun bir protokol yoxdur. Eyni zamanda koronavirusun müalicəsində həkimlərin tövsiyə etdiyi dərmanlarla bağlı da müxtəlif fikirlər var. Başqa tərəfdən isə müasir tibb elmi hava-damcı yolu ilə yayılan infeksiyaların yayılmasının qarşısını almağın qeyri-mümkün olduğunu deyir.

Virusla bağlı vaksinasiya prosesinə də mütəxəssislər skeptik yanaşır. Çünki koronavirusa yoluxan insanların təkrarən bu xəstəliyə tutulması faktları təsbit olunub. Sürətlə mutasiyaya uğrayan virusa qarşı mübarizənin necə aparılması sualı aktual olaraq qalır…
COVİD-lə necə savaşmalı? – Tənqidlər çox, effektli həll yolu isə yox…
Görünənlər isə onu deməyə əsas verir ki, tibb elminin aciz qaldığı virusla mübarizədə hələlik ən effektiv mübarizə metodu müəyyən olunmayıb. Amma indi əsas məsələ panikaya düşməməkdir. Belə ki, mövsümi qrip xəstəliyindən hər il dünyada 600 min insan ölür. Müasir tibb elmi hələ də adi qrip viruslarına qarşı effektli müalicə vasitəsi tapa bilməyib.

Bu baxımdan koronavirusun yan təsirləri (iqtisadi fəallığın azalması, işsizlik, psixoloji və s. problemlər) fonunda dövlət qurumları ilk növbədə səhiyyə sistemindəki neqativ halları aradan götürməlidir. Mütəxəssislərin dediyi kimi, test qiymətlərini aşağı salmalı, dərman bazarında möhtəkirlik hallarına qarşı sərt tədbirlər görməli, lazım olan dərmanların ölkəyə gətirilməsinə çalışmalıdır…