Koronavirusa yoluxanların sayı artdı – 32 nəfər öldü
26-noy-2020Azərbaycanda koronavirus infeksiyasına daha 3705 yoluxma faktı qeydə alınıb, 1 609 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xezer.info verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 106101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68572 nəfər müalicə olunaraq sağalıb, 1256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36273 nəfərdir.
Ötən müddət ərzində 1665832 test aparılıb. Bugünkü test sayı isə 19178-dir.