Güclü yağış Bakıda fəsadlar törədib - VİDEO
16-noy-2020Dünən gecədən bəri yağan intensiv yağış paytaxt yollarını iflic vəziyyətə salıb. Nəqliyyatın hərəkəti çətinləşib, sərnişin avtobuslarına su dolub. İstinad divarının aşması nəticəsində 3 avtomobil uçan daşların altında qalıb.
Xezerxeber.az-ın məlumatına görə, yağış suyu evlərin zirzəmilərinə dolub, kanalizasiya qurğularının yığılan suyu çəkməyə gücü çatmayıb.
Güclü yağış torpaq sürüşməsinə də səbəb olub. Müvafiq strukturlar dərhal gecləndirilmiş iş rejiminə keçib.
"Azərsu" ASC-dən verilən məlumata görə, yağışın intensivliyi azalandan sonra yolların hərəkət hissələrində toplanan sular tam çəkilib.
XEZER.INFO mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: