Ərdoğan: Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı
15-noy-2020"Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə səfəri olacaq”.
Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı Kiprin ərazisi olan Qapalı Maraşın açılışındakı çıxışı zamanı səsləndirib.
Ərdoğanın sözlərinə görə, E.Tatarın bu səfəri Azərbaycana dəstək məqsədlidir.
R.T.Ərdoğan Şimali Kiprdən Azərbaycana salam göndərərək deyib:
"Azərbaycandakı qələbələrin şahidi oldunuz. Can Azərbaycanımız 28 ildir Ermənistanın işğalında olan torpaqlarını 44 gündə geri aldı. Hazırda onlar öz torpaqlarına yavaş-yavaş dönməyə başlayır. Bizlər bir ürək, bir dilək olduğumuz müddətdə öhdəsindən gələ bilməyəcəyimiz problem olmayacaq. Bizi bu şərəfli günlərə gətirən şəhidlərimizə Allahdan rəhmət diləyirəm”./apa