Erməni xisləti: Kəlbəcəri tərk edən erməni evini yandırır ki, bizə qalmasın - VİDEO
13-noy-2020BBC televiziyası Kəlbəcərdən reportaj hazırlayıb. Əldə edilən razılaşmaya əsasən noyabrın 15-ə qədər təhvil verilməli olan Kəlbəcəri ermənilər yandıraraq çıxırlar. Bu onların vandal xislətini bir daha sübut edir. Mənfur düşmən qisasını evlərdən və təbiətdən çıxmağa çalışır. BBC-nin müxbirinin lentə aldığı videogörüntülərdə od vurulan evlər numayiş olunur. Elə bu görüntülərlə ermənilər Avropa Məhkəməsinin qarşısında cavab verəcəklər.
Kəlbəcər rayonunun Xudavəng kəndi.
Ermənilər tərk etdikləri evləri tam boşaldır, bəzilərini isə yandırırlar.
Kadrlar BBC telekanalının bununla bağlı hazırladığı reportajdandır. Videogörüntülər razılaşmaya uyğun olaraq ermənilərin Kəlbəcəri tərk etdiyini təsdiqləyir.
Kəlbəcərdən reportaj hazırlayan "BBC Nyus"un Moskva müxbiri Stiv Rozenberq qeyd edir ki, bölgə iki gün ərzində Azərbaycana təhvil verilməlidir. Kadrlarda göründüyü kimi, ermənilər daşınması mümkün olan hər şeyi özləri ilə götürürlər. Hətta pəncərə çərçivələrini və unitazları belə aparırlar. Onlar apara bilmədiklərini isə yandırır və məhv edirlər. Bu da onu göstərir ki, işğal olunmuş ərazilərdə maddi mədəni sərvətlərimizin dağıdılması və qarət olunması indi də davam edir.
Müxbirin suallarını cavablandıran ermənilər yaşadıqları evlərdə azərbaycanlıların yaşamaması üçün bu addımı atdıqlarını bildiriblər.. Bu fakt ermənilərin nə qədər vandal olduğunu təsdiqləyir. Bir vaxtlar Azərbaycanlıların evlərinə soxularaq buranı zorla özününküləşdirən ermənilər məğlubiyyətlə barışmaq istəmirlər.
Konfliktoloq Elşad Məmmədovun sözlərinə görə, ermənilərin özlərinin də nümayişkaranə şəkildə yaydıqları bu görüntülər əslində hüquqi müstəvidə özü bir faktdır. Hər bir vandallığa görə onlar cavab verəcəklər.
Amma fakt faktlığında qalır. Prezident İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail olub. Əldə edilən razılaşmaya görə, ermənilər zorla işğal etdikləri torpaqlarımızdan çıxmalıdırlar və bu proses davam edir.