“Müharibə bitib, məğlubiyyətlə barışmaq lazımdır” – Ter-Petrosyan
13-noy-2020Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatını reallıq kimi qəbul etmək və müharibənin bitməsi ilə barışmaq lazımdır, artıq qurbanlar olmayacaq.
Xezer.info erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, razılaşmanın icrası və Qarabağ məsələsinin yekun həlli yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır:
“İndi çalışmaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın”.