Paşinyan xalqa iki dəfə müraciət etdi, səsi eşidilmədi
12-noy-2020Ermənistanın baş naziri Nikol Paşinyanın canlı bağlantısı uğursuz alınıb.
Xezer.info xəbər verir ki, öz feysbuk səhifəsində canlı yayıma qoşulan baş nazirin səsi gəlməyib.
Yayımda səslə bağlı problemin yaşanmasına baxmayaraq, N.Paşinyan 4 dəqiqə 48 saniyə danışıb, lakin səsi qətiyyən eşidilməyib.
Canlı yayımın səssiz olduğunu yalnız 5 dəqiqə sonra anlayan N.Paşinyan yayımı dayandırıb və növbəti dəfə canlı bağlantı ilə qoşulub. Lakin ikinci – 2 dəqiqə 9 saniyə çəkən canlı yayımda da səssiz olub.
Daha sonra nazir hər ikisi canlı yayımı səhifəsindən silib.