Bu gün:
Xezer.info » Xəbər » ERMƏNİSTAN və QARABAĞIN HAVA SAHƏSİ UÇUŞA YASAQ BÖLGƏ ELAN EDİLDİ

ERMƏNİSTAN və QARABAĞIN HAVA SAHƏSİ UÇUŞA YASAQ BÖLGƏ ELAN EDİLDİ


ERMƏNİSTAN və QARABAĞIN HAVA SAHƏSİ UÇUŞA YASAQ BÖLGƏ ELAN EDİLDİ
Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağla bağlı razılaşmasından sonra bir sıra suallar hələ də açıq qalıb. TİA.AZ xəbər verir ki, rəsmi Bakı anlaşmanın detalları barədə mümkün qədər açıqlamalar verir.
Hələlik rəsmilər səviyyəsində məlum olan odur ki, təkcə, 7 rayon deyil, Dağlıq Qarabağ bölgəsində yerləşən 4 rayon da Azərbaycana veriləcək.
Ötən gün Prezidentin hərbi məsələlər üzrə köməkçisi Məhərrəm Əliyev mətbuata verdiyi müsahibsində bildirimişdi ki, Xankəndi, Xocavənd, Ağdərə və Xocalı Azərbaycan torpağıdır və zaman içində onlar da Bakının tabeliyinə keçəcək. Deputat Vahid Əhəmədov isə açıqlamasında bəyan edib ki, qeyd olunan ərazilərdə yaşayan ermənilərə Azərbaycan vətəndaşlığı veriləcək. Üstəlik, bölgədə yerli manat işləyəcək, icra başçılarını da Bakı təyin edəcək.
Bu gün isə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bildirib ki, Laçın koridoru rus sülhməramlıları tərəfindən qorunsa da, oranın təhlükəsizliyini Azərbaycanın Dövlət Sərhəd Xidməti təmin edəcək. Yəni, DSX koridorun Ermənistanla sərhəd hissəsində özünün zastavasını quracaq.
Qeyd edək ki, bölgəyə rus sülhməramlılarının gəlməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Belə ki, cəmiyyətin fəal kəsimi, eyni zamanda müxalifət düşərgəsi Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini Azərbaycanın suverenliyinə təhdid olduğunu bəyan ediblər.
Ermənistanda isə durum çox kritikdir. Dünəndən etibarən aksiyalara başlayan erməni müxalifəti baş nazir Nikol Paşinyanın istefasına nail olmağa çalışır. Lakin Paşinyan istefa vermək fikrində olmadığını bildirib və Azərbaycanla imzalanan anlaşmanın məcburiyyət qarşısında qalaraq etdiyini vurğulayıb. Bu gün isə yeri məlum olmayan baş nazir Ermənistan prezidenti Aram Sarkisyanla videobağlantı qurub. Həmin danışıqlarda ölkədəki vəziyyət müzkirə olunub.
Onu da bildirək ki, hazırda Paşinyana qarşı çıxan müxalifət partiyalarının liderləri, habelə aktiv etirazçılar bir-bir saxlanılır.
JAMAZ.İNFO xəbər verir ki, bir neçə saat əvvəl Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan mətbuata açıqlama verərək, Rusiya ilə daha bir razılaşma əldə etdiklərini bildirib. O deyib ki, razılaşmaya əsasən bu gündən etibarən Ermənistan və Qarabağ bölgəsinin hava sahəsi uçuşa yasaq bölgə elan edilib.
Bunun hansı səbəbdən edildiyinin təfsilatı açıqlanmır.