Bu gün:
Xezer.info » Hadisə » Daha bir həkim məsuliyyətsizliyi Şirvanda yaşandı-baş həkimin əməliyyat etdiyi qadın öldü

Daha bir həkim məsuliyyətsizliyi Şirvanda yaşandı-baş həkimin əməliyyat etdiyi qadın öldü


Daha bir həkim məsuliyyətsizliyi Şirvanda yaşandı-baş həkimin əməliyyat etdiyi qadın öldü
Ötən həftəni Azərbacancan səhiyyəsi üçün “qara həftə” adlandırmaq olar

İyunun 21-də Salyan rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində yeni doğulmuş üçəm əkizlərdən ikisinin vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat araşdırıllb. Rəsmi məlumata görə, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 20-də saat 19-da rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə qəbul edilib. Saat 21 radələrində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib. Gecə saatlarında naməlum səbələrdən körpələrdən 2-si vəfat edib və təxminən həmin radələrdə xəstəxananın işıqları sönüb.

Daha bir biabırçı olay Bakıda yaşandı.

İyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Məmmədova Tərlan Həsən qızının Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.

Araşdırma zamanı toplanmış materialda T. Məmmədovanın sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurma cinayətinin əlamətləri mövcud olduğundan fakta görə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

Iyunun 23-də Şirvan şəhərində Sabirabad rayonu, Nizami kənd sakini Zərnigar İbadova dünyasını dəyişib. Azerinfo.az-a verilən məlumata görə xəstə Şirvan Diaqnostika Mərkəzində bir gün əvvvəl öd kisəsindən əməliyyat olunub. Məlumatlara görə əməliyyatı baş həkim Nəsib həkim aparıb və xəstənin qohumlarına əməliyyatın uğurlu keçdiyini deyib. Üstəlik əməliyyat üçün 500 manat rüşvət alıb. Səhəri xəstə keçinib.

Səhiyyə Nazirliyi tərəfindən hadisələrlə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə, yoxlamalar aparılır.

P.S. Redaksiyamızla əlaqə saxlayan Şirvan Diaqnostika Mərkəzinin baş həkimin müavini bildirdi ki, Zərginar İbadova FHM-nin işçisidir və əməliyyatı əməliyyat üçün heç bir ödəniş olmayıb. Xəstənin həyatda qalması üçün həkimlər səy göstərsə də onu həyatda saxlamaq mümkün olmayıb. Baş həkim müavini onu da əlavə etdi ki, Diaqnostika Mərkəzində əhaliyə yüksək tibbi xidmət göstərilir. Lakin bədbəxt hadisələrdən heç bir səhiyə ocağı sığortalanmayıb.

Mövzuya qayıdacağıq.