Bu gün:
Xezer.info » Bu gün » Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu


Azərbaycanda zəlzələ oldu
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla 16:23-də Şahbuz stansiyasından 22 km qərbdə Naxçıvan MR-nın Babək rayonunda zəlzələ qeydə alınıb.

Xezer.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.