Bu gün:
Xezer.info » Cəmiyyət » Manat duruş gətirə biləcəkmi?-DEVALİVASİYA QORXUSU

Manat duruş gətirə biləcəkmi?-DEVALİVASİYA QORXUSU


Manat duruş gətirə biləcəkmi?-DEVALİVASİYA QORXUSU
Hər şey Rusiyada baş verən iqtisadi proseslərdən asılı vəziyyətə düşüb, Mərkəzi Bank isə «Allaha təvəkkül» prinsipiylə işləyir

Son günlər cəmiyyətdə manatın yenidən dəyərdən düşməsi və dolların bahalaşması ilə bağlı ajiotaj var. Böyük əksəriyyət o fikirdədir ki, yaxın vaxtlarda ölkəni silkələyəcək hadisə baş verəcək. Yəni, üçüncü devalivasiya reallaşacaq.
JAM.AZ xəbər verir ki, cəmiyyətin narahatlığı əbəs deyil. Çünki ortadakı reallıqları üst-üstə gəldikdə bunun mümkün ola biləcəyi qeyri-adi görünmür. Azərbaycanın Mərkəzi Bankının apardığı siyasətə gəldikdə isə bunun adı siyasətdən daha çox, «Allaha təvəkkül» prinsipiylə işləməkdir. Yəni, gecə yatıb, səhər sərf edən məzənnəni açıqlamaq manatın qorunması anlamına da gəlməz.
Yerli bankların getdikcə daha pis duruma düşməsi, əhalinin kreditlərini ödəyə bilməməsi, əvvəlki səviyyədə Azərbaycana dollar axınının olmaması, xarici ticarət dövriyyəsinin aşağı düşməsi, əksər iş adamlarının biznesdən çəkilmələri yekunda ölkə iqtisadiyyatını daha da zəiflətməyə başlayıb. Bir də, bunun üzərinə növbəti devalivasiyanı gələrsək, o zaman durumun daha katastrofik olacağı istisna deyil.
Aydın məsələdir ki, manatın indiki məqamda dollar qarşısında duruş gətirib, gətirməyəcəyi sualı daha aktualdır. JAM.AZ xəbər verir ki, Mərkəzi Bankın pul siyasətində dünya ilə tərs mütənasiblik müşahidə edilir. Məsələn, dünya birjalarında dollar bahalaşdıqca, Azərbaycanda bunun tərsi qeydə alınır. Yəni, dollar ucuzlaşır. Və ya əksinə. Bütün bunlar belə deməyə əsas verir ki, hal hazırda Azərbaycan manatının taleyi daha çox Rusiyada baş verənlərə bağlıdır. Əgər qonşu ölkədə dollar bahalaşarsa, o zaman Azərbaycanda da analoji halın yaşanması qaçılmaza çevriləcək. Səbəb odur ki, faktiki olaraq biz dollar məsələsində Rusiya zonasına aidik və bu ölkədən hər il Azərbaycana milyardlarla dollar vəsait gəlir.
Rusiyadakı vəziyyət isə sabit deyil. Qərblə problemli münasibətlər, siyasi gərginliklər, habelə korrupsiyanın iqtisadiyyatı tamamilə sıradan çıxarmağa başlaması, artıq Moskva üçün də ciddi başağrısına çevrilib. Bu ölkənin prezidenti Vladimir Putin belə etiraf edir ki, durumları yaxşı deyil. İndiyə qədər neftdən əldə etdikləri milyardlarla dollar vəsait də xərclənib, qurtarmaq üzrədir. JAM.AZ xəbər verir ki, Rusiyada yaxın vaxtlarda iqtisadi durumun pisləşəcəyini proqnozlaşdıranlar da az deyil. Ən geci payızda rublun yenidən yerlərdə sürünəcəyi gözlənilir ki, bu da manatın aqibətinin daha da pisləşəcəyi anlamına gəlir.
Bir sözlə, manatın dolların təzyiqləri qarşısında nə qədər duruş gətirəcəyi bəlli deyil. Və bu gedişlə davam edərsə, aqibətinin də yaxşı olacağı istisna deyil.