Bu gün:
Xezer.info » Manşet » Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV

Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV


Aztv-nin əməkdaşını öldürən Gömrük generalının qardaşı oğlu imiş -EKSKLÜZİV
AzTV-nin əmıkdaşı Sərxan Məmmədovun avtomobil qəzası nəticəsində həlak olması ilə bağlı yeni təffərrüatlar məlum olub.
Məlumatlı mənbənin TİA.az-a verdiyi məlumata görə, qəzanı törədən şəxs Dövlət Gömrük Komitəsinin sədr müavini, general Əsgər Abdullayevin qardaşı oğlu Samir Abdullayev olub.
Mənbəmizin sözlərinə görə, 20 yaşlı S. Abdullayev ikinci dəfədir avtomobil qəzası törədir və hər ikisi ölümlər nəticələnib. Lakin buna baxmayaraq, hüquqi məsuliyyətə cəlb edilməyib. Onun digər əmisi də general rütbəsi daşıyır və hadisədən bir neçə gün öncə paytaxtın “Tarqovı” küçəsində böyük bir restoranın açılışını edib.
Dövlət Gömrük Komitəsi rəsmisinin sayəsində hadisə ört- basdır edilib və həm AzTV əməkdaşının, həm də digər gəncin qanı batıb. Xatırladaq ki, general Əsgər Abdullayev Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin ən yaxın adamı və “qara kassa”sı sayılır.
Qarşı tərəfin və müvafiq qurumların da mövqeyini dərc edə bilərik.